Kreml taxıl sazişi barədə BMT Baş katibinin məktubunu nəzərdən keçirir

A- A A+

BMT-nin Baş katibi Antoniu Quterreşin taxıl sazişinin uzadılması barədə məktubu Rusiya Prezidenti Vladimir Putinə təqdim olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov mətbuat konfransında deyib. Onun sözlərinə görə, təklif hazırda nəzərdən keçirilir.

Antoniu Quterreş aprelin 24-də Nyu-Yorkda Prezident Vladimir Putinə ünvanlanan məktubu Rusiyanın xarici işlər naziri Sergey Lavrova təqdim edib. Məktubda “tərəflərin sonuncu mövqeləri əks olunmaqla və qlobal ərzaq təhlükəsizliyinin qarşılaşdığı risklər nəzərə alınmaqla” taxıl sazişinin təkmilləşdirilməsi, uzadılması və genişləndirilməsi barədə təklif yer alıb. Analoji məktublar Ukrayna və Türkiyəyə də göndərilib.

Xatırladaq ki, son zamanlar Moskva taxıl sazişinin uzadılması perspektivinə skeptik yanaşır. Kreml sazişin Rusiya taxılının və gübrəsinin tədarükünə dair hissəsinin yerinə yetirilmədiyini qeyd edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: