Cənubi Koreyanın avtomobil istehsalçısı “Hyundai Motor” zavodlarını Qazaxıstan şirkətinə sataraq Rusiya bazarını tərk etmək niyyətindədir.
NUHÇIXAN İnformasiya Agentliyi Rusiya KİV-lərinə istinadla xəbər verir ki, şirkət Rusiya hakimiyyətinin qərarını gözləyir.
Sövdələşmənin şərtlərinə “Hyundai Motor”un istənilən vaxt aktivləri geri ala biləcəyi müddəa daxildir.
Sankt-Peterburqdakı “Hyundai” avtomobil zavodu 2022-ci ilin martında komponentlərin tədarükü ilə bağlı çətinliklərə görə avtomobillərin istehsalını dayandırıb. Buna qədər müəssisədə “Hyundai Solaris”, “Hyundai Creta”, “Kia Rio” və “Kia Rio X-Line” modelləri istehsal olunurdu. 2010-cu ildə işə salınan zavodun istehsal gücü ildə 200 mindən çox avtomobil təşkil edirdi.