“Akkuyu” Atom Elektrik Stansiyası rəsmi olaraq AES statusu alıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, rəsmi mərasimdə videobağlantı şəklində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya lideri Vladimir Putin də iştirak edib.
Rəsmi tədbir çərçivəsində “Akkuyu”da Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin bayrağı qaldırılıb.