Mövlud Çavuşoğlu: “Türkiyə ambulans helikopter, təyyarə və avtomobilə malik olmaqla aparıcı ölkələrdəndir”
“Türkiyə ambulans helikopter, təyyarə və avtomobilə malik olmaqla aparıcı ölkələrdəndir”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada Kumluca Dövlət Xəstəxanasının əlavə korpusunun açılış mərasimində bildirib.
Onun sözlərinə görə, Türkiyədə səhiyyə sahəsində bir milyon nəfər işə qəbul olunub: “Bu gün 8 930-dan çox dərman pulsuz olaraq xəstələrə verilir. Xərçəng xəstələrinə pulsuz dərman preparatları verilir. İnsanı yaşadın, dövlət yaşasın. Bizim də hədəfimiz budur”.
Nazir deyib ki, əvvəllər Türkiyənin ambulans təyyarə və avtomobillərə ehtiyacı var idi: “Türkiyə ambulans helikopter, təyyarə və avtomobilə malik olmaqla aparıcı ölkələrdəndir. Bunlar Prezident Rəcəb Tayyib Ərdoğanın sayəsində baş verib”.