ABŞ-da iki helikopter qəzaya uğrayıb

A- A A+

ABŞ-ın Alyaska ştatında ölkənin Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter qəzaya uğrayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Elmendorf-Riçardson Birgə Bazasının nümayəndəsinə istinadən "Associated Press" agentliyi məlumat yayıb.

Məlumata əsasən, iki "AH-64 Apache" helikopteri Hili yaşayış məntəqəsi yaxınlığında təlim uçuşundan qayıdarkən qəzaya uğrayıb. Hər helikopterin göyərtəsində iki nəfər olub, onların vəziyyəti məlum deyil.

Qəzanın səbəbi araşdırılır. Hadisə yerində xilasedicilər işləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: