“ABŞ və müttəfiqlərinin qlobal hegemonluğu saxlamaq cəhdləri qlobal təhlükəsizlik arxitekturasının dağılmasına səbəb oldu”.
NUHÇIXAN İnformasiya Agentliyi TASS-a istinadən xəbər verir ki, bunu Rusiya müdafiə naziri ordu generalı Sergey Şoyqu Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin Yeni Dehlidə keçirilən görüşündə deyib.
O bildirib ki, Vaşinqton və onun müttəfiqləri digər ölkələri də Moskva və Pekinlə hərbi qarşıdurmaya təhrik edir: “Ukraynadakı münaqişə də bunu göstərir. Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə NATO-nun demək olar ki, bütün ölkələrinin döyüş potensialı və imkanları Rusiyaya qarşı istifadə edildi”.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.