İstanbulda 7-ci “TEKNOFEST” başlayıb

A- A A+

İstanbulda dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST” 7-ci dəfə qapılarını ziyarətçilərə açıb.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, festivalın ikinci günündə rəsmi olaraq açılış mərasimi baş tutub.

Qeyd edək ki, builki festivalda 102 fərqli kateqoriyalarda 41 yarışma üzrə 1 milyondan çox layihə yarışmada birincilik üzrə yarışır.

Festival çərçivəsində “Bayraktar Kızılelma”, “Bayraktar Akıncı” və ilk dəfə olaraq “Bayraktar-TB3” Silahlı Pilotsuz Uçuş Aparatı da ziyarətçilərə təqdim olunur.

Bundan əlavə, Türk Ulduzları, Solo Türk, “Hürkuş”, “Gökbey”, “Aksunqur”,” Bayraktar TB2”, “Bayraktar AKINCI”, “ATAK” helikopteri aviaşoular ilə çıxış edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: