“2023-cü il oktyabrın 29-da dağlarda 1 nəfər də terrorçu qalmayacaq”.
NUHÇIXAN İnformasiya Agentliyi “İhlas”a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu Gaziosmanpaşa rayonunda çıxışı zamanı deyib.
O bildirib ki, bəzi güclər Türkiyənin cənubunda terror dövləti qurmaq istəyirlər: “Terror təşkilatları insanlarımıza zülm edirlər. Biz terrorla mübarizəni uğurla davam etdirəcəyik. Söz verirəm ki, oktyabrın 29-na qədər dağlarda terrorçu qalmayacaq”.
Nazirin sözlərinə görə, Türkiyədə keçiriləcək Prezident seçkilərinə qədər - qarşıdakı on yeddi gün ərzində çox çalışmaq lazımdır: “On yeddi gün ərzində Türkiyənin 21 il ərzində nələri həyata keçirdiyini göstərməliyik”.