Ukraynanın Uman şəhərinə Rusiya silahlı qüvvələri tərəfindən edilən raket hücumu nəticəsində ölənlərin sayı 23-ə çatıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verib.
Məlumata görə, ölənlərin 4-ü uşaqdır.
Xatırladaq ki, rus qoşunları aprelin 28-nə keçən gecə Çerkas vilayətinin Uman şəhərinə raket zərbəsi endirib. Nəticədə 10-a yaxın yaşayış binası raket hücumu nəticəsində zərər görüb.