İtaliya “ChatGPT” çatbotuna əlçatanlığa qoyulan məhdudiyyəti ləğv edib

A- A A+

İtaliyada “ChatGPT” süni intellekt çatbotuna daxil olmağa tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İtaliyanın Məlumatların Mühafizəsi Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, “ChatGPT” İtaliyadakı istifadəçilər üçün yenidən əlçatandır.

Xatırladaq ki, agentlik istifadəçilərin şəxsi məlumatlarının toplanması qaydalarını pozduğu ilə bağlı şübhələrin yaranması səbəbindən mərkəzi ofisi ABŞ-də yerləşən “OpenAI” şirkətinin “ChatGPT” süni intellekt çatbotuna girişi martın 31-də müvəqqəti olaraq dayandırmışdı.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: