Karib dənizində 5,5 ton kokain ələ keçirilib

A- A A+

Kolumbiya, Panama və ABŞ təhlükəsizlik qüvvələri narkotik qaçaqmalçılığına qarşı birgə əməliyyatlara başlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi xarici mediaya istinadla xəbər verir ki, Karib dənizində aparılan əməliyyat zamanı 5,5 ton kokain ələ keçirilib. Dördü Kolumbiyadan və biri Panamadan olan 5 nəfər həbs edilib.

Təhlükəsizlik qüvvələrini görən qaçaqmalçılar kokainin bir hissəsini dənizə atıblar. Müsadirə edilən narkotikin bazar qiymətinin təxminən 184 milyon dollar civarında olduğu bildirilir.

Kolumbiya Prezidenti Qustavo Petro tviter hesabından təhlükəsizlik qüvvələrini təbrik edərək, bu əməliyyatı narkotik qaçaqmalçılarına vurulan tarixi zərbələrdən biri adlandırıb. Onun sözlərinə görə, 5,5 ton kokainlə yanaşı, 18 milyon dollar nağd pul da ələ keçirilib.

Narkotik vasitənin əvvəlcə Panamaya, oradan isə ABŞ-a daşınacağı barədə məlumat paylaşılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: