Müharibə illərlə, hətta onilliklərlə davam edə bilər.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Finlandiyanın “Yleisradio Oy” (YLE) radiosuna müsahibəsində deyib.
Zelenski ordunun əks-hücum əməliyyatlarına hazırlığını şərh edərkən vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrindəki silahların sayı əhəmiyyət kəsb edir:
“Eyni zamanda işğalçılar ruh yüksəkliyini itirir və geri çəkilmənin nəticələrindən qorxurlar”.
Zelenski müharibədə uğur qazanacaqlarına ümid etməsinə baxmayaraq, müharibənin illərlə, hətta onilliklərlə də davam edə biləcəyi barədə xəbərdarlıq edib:
“Hazırda Ukraynaya digər ölkələrin dəstək verməsi Üçüncü Dünya Müharibəsinin başlama risklərinin artmasından daha ucuz başa gəlir”.