Danimarka müharibədən zərər çəkmiş Ukraynanın bərpası üçün bir milyard avro ayıracaq.
NUHÇIXAN İnformasiya Agentliyi Danimarka mətbuatına istinadən xəbər verir ki, ölkə hökumətinin müvafiq proqramının əsas məqsədi Ukraynanın bərpasına kömək etməkdən ibarətdir.
Ukraynaya səfəri əsnasında Danimarkanın İqtisadiyyat naziri Troels Lund Poulsen deyib: “Nikolayev şəhərinin bərpası bu proqramın əsas diqqət mərkəzində olacaq”.
Danimarkanın iqtisadiyyat nazirinin sözlərinə görə, ölkəsi azad dünya ölkələri ilə yanaşı, Ukraynanın da azadlıq mübarizəsini dəstəkləməyə davam edir. "Bu səbəbdən biz ukraynalılara hərbi texnika, maliyyə və onların mübarizəsini dəstəkləmək üçün təlimlə dəstək verməyə davam edəcəyik", - deyərək Poulsen bildirib.