Şri-Lanka ərazisinin yarısında daşqınlarla əlaqədar xəbərdarlıq edilib

A- A A+

Şri-Lankanın meteorologiya departamenti son günlər yağan şiddətli yağışların törətdiyi daşqınlarla əlaqədar ölkənin 25 inzibati dairəsindən 12-də əhaliyə xəbərdarlıq edilib.

NUHÇIXAN İnformasiya Agentliyi Şri-Lanka mediasına istinadla xəbər verir ki, meteorologiya departamenti aramsız yağışların qarşıdakı günlərdə də davam edəcəyini, ölkənin qərb və şimal-qərb bölgələrində yağıntının miqdarının 100 millimetrə, digərlərində isə 75 millimetrə çatacağını proqnozlaşdırıb. Ən çox yağış yağan dairələr ölkənin ən iri şəhəri olan Kolombo, habelə Puttalam, Kuruneqala, Qampaha, Keqalla və Mataradır. Bundan başqa, Badulla, Kandi və Keqalla rayonlarında torpaq sürüşmələri ehtimal olunur.

Departament sel və daşqın, habelə şimşək, torpaq sürüşməsi ehtimalı ilə əlaqədar əhaliyə qabaqlayıcı və qoruyucu tədbirlər görməyi tövsiyə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: