Ukraynanın çoxdan gözlənilən əks-hücum əməliyyatı qaçılmaz görünür və Rusiya buna hazır deyil.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə CNN yazıb.
Qeyd edilir ki, Ukraynanın cəbhə xətti texnikanın hərəkəti və artilleriya atəşi ilə səs-küy salır, işğal olunmuş ərazilərdə Rusiyanın həyati əhəmiyyətli obyektlərinə zərbələr endirilir.
“Ukraynanın müdafiə naziri hazırlıqların başa çatmaq üzrə olduğunu söylədi və Prezident Volodimir Zelenski əks-hücumun baş tutacağına zəmanət verdi, lakin dəqiq başlanğıc tarixini açıqlamadı”, - CNN yazıb.
“Ola bilsin, hücum artıq başlayıb və ya bir neçə həftəyə ola bilər”, - mətbu orqan əlavə edib.