Fransada Ümumu Həmkarlar İttifaqları 1 Mayı pensiya islahatlarına qarşı tarixi Əmək Günü elan edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu gün Fransada 1 May -Əmək Günü kütləvi nümayişlərlə qeyd olunur. Fransa Ümumi Həmkarlar İttifaqlarının məlumatına görə, nümayişlərə 1,5 milyon insanın qatılacağı gözlənilir. Pensiya islahatına qarşı etiraz aksiyaları ölkənin 300 şəhər və qəsəbəsini əhatə edəcək. Həmçinin unitar nümayiş olacağı bildirilir. Belə nümayiş son dəfə 2009-cu ildə maliyyə böhranı zamanı keçirilib.
Ölkədə şəhərlərarası, eləcə də beynəlxalq dəmir və hava yolları nəqliyyatı işçiləri tətil edir. Hava limanlarında uçuşların 30 faizdən çoxu ləğv olunub.
Həmkarlar ittifaqları məvaciblərin artırılması ilə bərabər, gender bərabərliyinin təmin olunmasını, iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.