İranın Ər-Riyaddakı səfirliyi yenidən açılıb

A- A A+

İranın Səudiyyə Ərəbistanındakı səfirliyinin fəaliyyəti bərpa olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Al Jazeera telekanalı məlumat yayıb. İranın Xarici İşlər Nazirliyi də öz növbəsində İranın Ər-Riyaddakı səfirliyinin yenidən işə başladığını təsdiqləyib. İran Səudiyyə Ərəbistanına hələ də səfir təyin etmədiyindən Tehran orada müvəqqəti işlər vəkili səviyyəsində təmsil olunur.

İki ölkə arasında münasibətlər 2016-cı ildə nüfuzlu şiə ilahiyyatçısının Ər-Riyadda edam edilməsindən sonra pisləşmişdi. Bundan sonra Tehranda nümayişçilər Səudiyyə Ərəbistanı səfirliyinə hücum etmiş, Ər-Riyad isə cavab addımı olaraq Tehranla diplomatik əlaqələri kəsmişdi.

İran və Səudiyyə Ərəbistanı bu ilin martında Çinin vasitəçiliyi ilə diplomatik münasibətləri bərpa etmək barədə razılığa gəliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: