Türkiyənin pilotsuz uçuş aparatı “ANKA-3” ilk uçuşunu bu ay həyata keçirə bilər.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu barədə Türkiyə Prezidenti müdafiə sənayesi idarəsi rəisi İsmail Dəmir “TRT Haberə” açıqlamasında bildirib.
O qeyd edib ki, “ANKA-3” 44 min fut yüksəkliyə qədər qalxa biləcək.
ANKA-3 “KAAN” milli döyüş təyyarəsi, “HÜRJET” və “F-16”lar ilə birgə əməliyyatlarda istifadə edilə bilər.
Bundan əlavə, “ANKA-3”-ün ümumilikdə 7 raket atma sistemi var.