“2023-cü ilin oktyabrında bu ölkənin dağlarında 1 nəfər terrorçu qalmayacaq”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu Tokat şəhərində seçicilərə müraciətində deyib.
O bildirib ki, terrora qarşı mübarizə uğurla davam edəcək: “ABŞ-ın Türkiyənin dağlarında terror dövləti qurmasına imkan vermədik. Bunun qarşısını Prezident Rəcəb Tayyib Ərdoğan aldı. Biz müxtəlif əməliyyatlarımızla terrorçuları ölkəmizdən təmizlədik. İndi müxalifət ABŞ-ın sifarişi ilə yenidən terrorçuları ölkəmizdə yerləşdirmək istəyir. Onlar həbsdə olan terrorçuların azad edilməsini arzulayırlar”.