Fransada etiraz aksiyaları zamanı 100-dən çox polis yaralanıb

A- A A+

Fransada Əmək Gününə həsr olunan pensiya islahatlarına qarşı keçirilən etiraz aksiyalarında 100-dən çox polis yaralanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Cerald Darmanen bildirib.

Onun sözlərinə görə, bütün Fransada keçirilən etiraz aksiyalarında 291 nəfər saxlanılıb, onlardan 90-ı Parisdə olub.

Nazir qeyd edib ki, nümayişlərdə pilotsuz təyyarələrdən istifadə Lionda meriya binasına hücum edən aqressiv etirazçıları tez bir zamanda saxlamağa imkan verib.

Fransa Daxili İşlər Nazirliyi etirazlarda iştirak edənlərin sayını təxminən 800 min nəfər olduğunu qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: