Ukraynanın NATO-ya üzvlüyü kollektiv qərardır və bunu bütün alyans müəyyən etməlidir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Vaşinqtonun Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı məsələyə münasibətini bildirərkən deyib.
Patel ABŞ-ın alyansın açıq qapı siyasətini dəstəklədiyini vurğulayıb.
Bundan əvvəl Ağ evin sözçüsü Karine Jan-Pierre bildirmişdi ki, NATO-ya yeni üzvlərin, o cümlədən Ukraynanın qəbulu ilə bağlı qərarı təşkilatın özü verməlidir. O, həmçinin əlavə edib ki, bu gün Vaşinqton üçün prioritet Kiyevə iqtisadi və humanitar yardım göstərməkdir.