BMT-nin Ümumdünya Ərzaq Proqramı Sudanda öz işini bərpa edir, ərzaq paylanılması yaxın vaxtlarda yenidən başlayacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Dyujarrik deyib.
Qeyd edək ki, aprelin 15-də Ümumdünya Ərzaq Proqramının üç əməkdaşı Sudanda silahlı toqquşmada həlak olub. Qurum aprelin 16-da ölkədə işlərin dayandırıldığını elan edib. Sudanda münaqişə tərəflərindən heç biri hələlik hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.