“Türkiyə terrorla səmimi şəkildə mübarizə aparan yeganə NATO ölkəsidir”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirilən Təhlükəsizlik Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, terrorçuluq NATO-nun qarşısında iki təhdiddən biridir: "Ona görə də bütün müttəfiqlər terrorla mübarizəyə dəstək verməlidir. Biz bütün terror təşkilatlarına, o cümlədən PKK, İŞİD, YPG-yə qarşı mübarizəni uğurla davam etdirəcəyik. Biz NATO-nun fəaliyyətinə ciddi töhfə veririk. Türkiyə Alyansa güc qatır".
M.Çavuşoğlu vurğulayıb ki, Türkiyə NATO-nun ən qabaqcıl ölkələrindən biridir.