Türkiyənin Konya vilayətində mayın 5-də Avropanın ən böyük günəş elektrik stansiyasının (GES) açılışı olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi "Anadolu" agentliyinə istinadən xəbər verir ki, 1350 MVt gücü olan “Karapınar” GES “Kalyon Energy” şirkətinə məxsusdur.
20 milyon kvadratmetr ərazini əhatə edən GES-in quraşdırma işlərinə 2020-ci ilin yanvarında başlanılıb.
“Karapınar” GES-in tam gücü ilə fəaliyyətə başlaması ilə Türkiyənin müəyyən edilmiş günəş enerjisi potensialı 20% artacaq. Günəş elektrik stansiyası “Kalyon Fotovoltaik” şirkətinin istehsal etdiyi 3 256 038 günəş panelindən ibarətdir.
GES illik 3 milyard kVt elektrik enerjisi istehsal edəcək.