Rusiya SQ Xersonu atəşə tutub, 3 nəfər ölüb, 5 nəfər yaralanıb

A- A A+

Rusiya Silahlı Qüvvələrinin (SQ) Xerson şəhərini və vilayətini atəşə tutması nəticədə 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “RBC-Ukraina” Xerson Vilayət Prokurorluğuna istinadən məlumat yayıb.

“Rusiya hərbi qüvvələri mayın 2-də Xerson şəhərini və regionun Belozerski icmasının bir sıra kəndlərini atəşə tutub”, - qeyd edilib.

İlkin məlumata görə, Rusiya SQ mülki əhalini atəşə tutub və hava zərbələri endirib. Xüsusilə mülki infrastruktur obyektlərinə, o cümlədən yaşayış binalarına, nəqliyyat vasitələrinə ziyan dəyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: