Türkiyənin təhlükəsizlik qüvvələri İstanbulun 7 rayonunda PKK/KCK terror qruplaşmasının gənclik təşkilatına qarşı növbəti əməliyyat keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi “TRT Haber”ə istinadən xəbər verir ki, nəticədə 32 nəfər saxlanılıb.
Onların aralarında Yaşıl Sol Partiyanın üzvləri də var.