Qazaxıstanda terrorda şübhəli bilinən 19 nəfər həbs edilib

A- A A+

Qazaxıstan xüsusi xidmət orqanları terror əməllərində şübhəli bilinən 19 nəfəri həbs edib.

NUHÇIXAN İnformasiya Agentliyi Qazaxıstan Prezident Aparatının (Ak Orda) mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Prezident Kasım-Jomart Tokayevlə ölkənin Milli Təhlükəsizlik Komitəsinin sədri Yermek Saqimbayevin görüşündən sonra məlumat verilib.

Həmçinin qeyd olunub ki, dövlət sərhədinin mühafizəsi sahəsində xüsusi təyinatlılar tərəfindən 6 987 sərhəd pozucusu saxlanılıb.

Saqimbayev görüşdə bildirib ki, Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları bir sıra terror cinayətlərinin, o cümlədən insanların sıx toplaşdığı yerlərdən birində əldəqayırma partlayıcıdan istifadə etməklə terror aktının qarşısını alıb.

Bildirilib ki, bununla yanaşı, xarici dövlətlərin xüsusi xidmət orqanlarının kəşfiyyat fəaliyyətinin qarşısını almaq üçün əməliyyatlar həyata keçirilib və aşkar edilmiş bəzi faktlar üzrə ibtidai araşdırmalar aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: