Ukrayna Prezident Ofisi: "Ərazilərimizi azad etməyənədək dayanmayacağıq, yeni əks-hücuma hazırlaşırıq"

A- A A+

"Ukrayna işğal altındakı bütün ərazilərini azad etməyənə qədər dayanmayacaq və biz hazırda əks-hücum əməliyyatlarına hazırlaşırıq".

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Niderland KİV-nə müsahibəsində deyib.

O bildirib ki, bütün tərəfdaş Ukraynaya dəstəyini davam etdirməlidirlər.

Rusiyanın 14 aydır müharibə cinayətləri törətdiyini xatırladan A.Yermak söyləyib ki, bu müddət ərzində Ukraynanın şəhərlərinin mülki infrastrukturuna və mülki əhalisinə raket zərbələri endirilir:

"Onlar ukraynalıları və Ukrayna millətini məhv etmək istəyirlər. Amma bizim xalqımız və hərbçilərimiz qəhrəman və cəsurdur. Biz nəinki öz torpaqlarımızı müdafiə etməyə, həm də müvəqqəti olaraq işğal olunmuş Ukrayna ərazilərini azad etməyə davam edirik".

Prezident Ofisinin rəhbəri Ukraynanın hazırda əks-hücum əməliyyatlarına hazırlaşdığını vurğulayıb. O, buna görə də, Ukraynaya daha çox silah lazım olduğunu söyləyib.

A.Yermak deyib ki, Ukraynanın uzaqmənzilli raketlərə və müasir təyyarələrə ehtiyacı var: O, tərəfdaş ölkələrin lazımi qərarlar verəcəyinə və nəticədə F-16-lara sahib olacaqlarına ümid etdiyini bildirib.

Prezident Ofisinin rəhbərinin sözlərinə görə, ölkə əhalisinin 80 faizi Ukraynanın NATO-ya üzvlüyünün tərəfdarıdır: "Ukraynanın NATO-ya daxil olması ilə bağlı qərar müharibənin başa çatmasını sürətləndirmək və Avropada sülhü təmin etmək üçün ən yaxşı yoldur. Ukrayna Rusiyaya müqavimət göstərmək qabiliyyətini sübut edib. Biz təkcə özümüzü deyil, bütün Avropanı müdafiə edirik. Bizim konkret və effektiv təhlükəsizlik təminatlarına ehtiyacımız var".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: