Quterreş: “Əfqanıstandakı humanitar böhran dünyanın ən böyük humanitar fəlakətidir”

A- A A+

“Əfqanıstandakı humanitar böhran dünyanın ən böyük humanitar fəlakətidir”.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, bunu BMT-nin Baş katibi Antoniu Quterreş Dohada Əfqanıstan üzrə xüsusi nümayəndələrin görüşündən sonra jurnalistlərə bildirib.

“Əfqanların 97%-i yoxsulluq içində yaşayır. Əhalinin üçdə ikisinin - 28 milyonunun sağ qalmaq üçün bu il humanitar yardıma ehtiyacı olacaq”, - o vurğulayıb.

O qeyd edib ki, 6 milyon əfqanıstanlı uşaq, qadın və kişi aclıqdan ölmək təhdidi ilə üz-üzədir: “Bu məqsədlə 4,6 milyard dollar toplamalıyıq. Amma cəmi 294 milyon dollar əldə edə bilmişik. Bu, lazım olan ümumi məbləğin 6,4%-ni təşkil edir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: