Ukrayna ordusu qarşıdakı həftələrdə əks-hücum əməliyyatına başlayacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken “Fox News” telekanalına müsahibəsində bildirib.
“Biz bilirik ki, ukraynalılar qarşıdakı həftələrdə əks-hücum keçirməyi düşünürlər. Görək nə olacaq”, - diplomat bildirib.
Bundan əvvəl ABŞ-nin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli Ukraynadakı müharibənin 2023-cü ildə bitməsi ehtimalının az olduğunu söyləmişdi.