Pentaqon: Atom sualtı qayığı Cənubi Koreya akvatoriyasına daxil olacaq

A- A A+

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Ohayo” sinfinə aid atom sualtı qayığı Cənubi Koreya akvatoriyasına daxil olacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə brifinqdə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib. Əvvəlcədən hər hansı tarixi açıqlamayacağını söyləyən P.Rayder bu qayığın “Ohayo” sinfindən SSBN modeli olacağını qeyd edib.

ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi sualtı qayığın nüvə silahı daşıyıb-daşımayacağı barədə suala cavab verərkən deyib ki, konkret yüklə bağlı təfərrüata varmaq niyyətində deyil.

Xatırladaq ki, aprelin 26-da Vaşinqtonda keçirilmiş sammitin yekunlarına görə, Cənubi Koreya və ABŞ liderləri Yun Sok Yol və Co Bayden bəyannamə qəbul ediblər. Həmin sənədə əsasən Seul nüvə silahının yayılmaması prinsiplərinə sadiqliyini təsdiqləyib, ABŞ isə müttəfiqi ilə strateji və nüvə planlaşdırması barədə məlumat mübadiləsinə söz verib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: