Ukraynaya 26 kamikadze dronu ilə hücum edilib, Dnepr şəhər administrasiyası dağılıb

A- A A+

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Rusiya tərəfindən gecə hücumu zamanı atılan İran istehsalı 26 “Şahed” kamikadze dronundan 21-ni vurub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya iki istiqamətdə - Bryansk vilayəti və Azov dənizinin şərq sahillərindən kamikadze dronlarını buraxıblar.

Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının yaydığı məlumata görə, mayın 3-nə keçən gecə kamikadze dronu ilə Dnepr şəhər administrasiyasının binası vurulub.

“Dneprdə inzibati binaya ziyan dəyib. Yanğın baş verib. Artıq yanğın söndürülüb. Şəhər sakinləri xəsarət almayıb”, - deyə məlumatda bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: