Erməni kilsəsində casusluq qalmaqalı yaşanır

A- A A+

Ermənistanda kilsədə yeni casusluq qalmaqalı baş verib. Belə ki, erməni katolikosu II Qareginin kilsə xadimlərini gizli dinlədiyi üzə çıxıb.

NUHÇIXAN İnformasiya Agentliyi Ermənistan mətbuatına istinadla xəbər verir ki, II Qareginin tapşırığına əsasən, İrəvanda və başqa şəhərlərdəki kilsələrə dinləmə cihazları quraşdırılıb və kilsə xadimlərinin söhbətləri gizli şəkildə dinlənilib. Gizli dinləmə cihazı hətta Eçmiədzin (Üç kilsə) kilsəsinin yeməkxanasında da quraşdırılıb.

KİV-lər qeyd edir ki, II Qaregin Ermənistanda yaranmış vəziyyəti nəzərə alıb və vəzifəsini əlində möhkəm saxlamaq istəyir. O, hamıdan şübhələnərək özünə qarşı sui-qəsdən və çevrilişdən qorxur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: