Ermənistan parlamentində 44 günlük müharibənin araşdırılması üzrə müvəqqəti komissiyanın fəaliyyət müddəti daha 6 ay uzadılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, deputatların 59-u məsələnin lehinə, 29-u əleyhinə, səs verib. Müxalifətdən olan 2 deputat isə qanun layihəsinin dəstəkləməkdən imtina edib.
Xatırladaq ki, komissiya 2022-ci ilin fevralında hakim “Mülki müqavilə” fraksiyasının təşəbbüsü ilə yaradılıb. Komissiyanın fəaliyyəti çərçivəsində deputatlar 2020-ci ildə müharibə zamanı Ermənistanın müdafiə və xarici siyasətinə başçılıq etmiş şəxslər dəvət olunub. Onların arasında Ermənistanın baş naziri Nikol Paşinyan, Silahlı Qüvvələr Baş Qərargahının indiki rəisi Edvard Asryan, Baş Qərargahın keçmiş rəisi Onik Qasparyan, keçmiş müdafiə naziri David Tonoyan, sabiq xarici işlər naziri Vardan Oskanyan və başqaları olub.