Serbiyada məktəbə silahlı hücum nəticəsində 9 nəfər həlak olub

A- A A+

Serbiyanın paytaxtı Belqradda orta məktəbə silahlı hücum nəticəsində 9 nəfər həlak olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili İşlər Nazirliyi paytaxtdakı Vladislav Ribnikar adına orta məktəbin 7-ci sinif şagirdinin mühafizəçilərə və şagirdlərə atəş açdığını, hadisə nəticəsində mühafizəçi və 8-i şagird olmaqla 9 nəfərin həlak olduğunu açıqlayıb. Beş şagirdin isə yaralandığı bildirilib. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırmalara başlayıb. Atasına məxsus silahla hadisəni törədən şagirdin saxlandığı bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: