“Avropa İttifaqı (Aİ) viza rejimi ilə bağlı çətinliklər yaratmaqla qərəzli mövqe ortaya qoyur".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Aİ bunu qəsdən edir: “Əslində, seçki ərəfəsində belə addımlar atılmamalıdır. Çünki bu, tərəflərdən birinə dəstək kimi qiymətləndirilə bilər. Biz şəffaf davranılmasını arzu edirik”.