“Türkiyənin yeni konstitusiyaya ehtiyacı var”.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop TBMM-nin 27-ci Dövr Dəyərləndirmə Toplantısında deyib.
O bildirib ki, Türkiyə yeni konstitusiyaya layiqdir: “Bu mənada əsas gözləntilərimdən biri də yeni konstitusiyanın qəbul olunmasıdır”.
M.Şəntopun sözlərinə görə, yaxın gələcəkdə yeni konstitusiya qəbul oluna bilər.
O, konkret olaraq hansı əlavə və düzəlişlərə ehtiyac olduğunu açıqlamayıb.