İtaliyada güclü leysan yağışları sel və daşqınlara səbəb olub

A- A A+

İtaliyanın şimal-şərqindəki Emiliya-Romaniya regionunda iki gündür davam edən güclü leysan yağışları sel və daşqınlara səbəb olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bolonyada ən çox ziyan dəyən bölgəyə 200 millimetr yağış yağdığı, Ravenna əyalətində isə beş min insanın təxliyə riski altında olduğu bildirilib. Leysan yağışları nəticəsində çaylar daşıb, yüzlərə evi su basıb, yollar və tunellər bağlanıb. Daşqın və torpaq sürüşməsində iki nəfər həlak olub, bir nəfər itkin düşüb.

Emiliya-Romaniya regionun rəhbəri Stefano Bonaççini hökumətə fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı tələblə çıxış edib. Mayın 4-dək regionun dörd bölgəsində əlverişsiz hava şəraiti ilə əlaqədar qırmızı xəbərdarlıq elan olunub.

Mütəxəssislər yüz ildən artıqdır ki, regiona bu səviyyədə yağıntı düşmədiyini bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: