Volodimir Zelenski: "Rusiya aprel ayında Ukraynada 6139 hərbi cinayət törədib"

A- A A+

“Rusiya təkcə aprel ayında Ukraynada 6139 hərbi cinayət törədib. Nəticədə 17-si uşaq olmaqla 207 nəfər həlak olub”.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Niderlanddakı Beynəlxalq Haaqa Məhkəməsində çıxışı zamanı deyib.

O bildirib ki, mayın 3-də Rusiyanın hücumu nəticəsində 23 mülki vətəndaş ölüb, 48 nəfər yaralanıb: “Biz istəyirik ki, bu, sonuncu müharibə olsun. Daha savaş olmasın”.

V.Zelenski həmçinin qeyd edib ki, Kreml əməllərinə görə məsuliyyət daşımalıdır.

Qeyd edək ki, Ukrayna Prezidenti Niderlandda səfərdədir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: