Ərdoğan: "Türkiyədə inflyasiya hər ay aşağı düşür"

A- A A+

“Türkiyədə inflyasiya hər ay daha da düşür. Çalışacağıq ki, belə də davam etsin”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan Giresunda çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyənin bütün problemlərini hazırkı iqtidar həll edib: “Ankaranın beynəlxalq siyasi sistemdəki rolunu da biz gücləndirdik. ABŞ-da 32 mərtəbəlik türk evi inşa etdik. Orada buna oxşar başqa tikili yoxdur”.

R.T.Ərdoğanın sözlərinə görə, Türkiyə iqtidarı bundan sonra da mövcud çətinliklərin öhdəsindən gəlməyə qadirdir: “Yetər ki, bir və həmrəy olaq. Biz ölkəmizə daha parlaq gələcək miras qoymaq istəyirik. 85 milyon vətəndaşın hər birinin bu mübarizədə rolu var”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: