İtaliyanın xarici işlər naziri Parisə səfərini ləğv edib

A- A A+

İtaliyanın xarici işlər naziri Antonio Tayani fransalı həmkarı Katrin Kolonna ilə planlaşdırılan görüşünü ləğv edib. Buna Fransanın daxili işlər naziri Jerald Darmanenin İtaliya hökumətinin qanunsuz mühacir problemi ilə bacara bilmədiyi barədə bəyanatı səbəb olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Antonio Tayaninin sözlərinə görə, fransalı nazirin İtaliya hökumətinin ünvanına səsləndirdiyi təhqirlər yolverilməzdir və Avropanın ümumi problemləri bu şəkildə həll oluna bilməz.

İtaliyanın qarşılaşdığı miqrasiya problemi ilk dəfə deyil ki, Fransa ilə mübahisəyə səbəb olur. Paris dəniz yolu ilə İtaliyaya keçən mühacirlərin qarşısını ala bilmədiyi üçün Corca Meloni hökumətini açıq şəkildə tənqid edir.

İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, ilin əvvəlindən bəri ölkənin cənub sahillərinə Afrikadan 42,5 min mühacir daxil olub ki, bu da 2021 və 2022-ci illərin analoji dövrləri ilə müqayisədə dörd dəfə çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: