ABŞ-nin Kremlə PUA hücumu ilə heç bir əlaqəsi yoxdur.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasında strateji kommunikasiyalar üzrə əlaqələndirici Con Kirbi MSNBC telekanalının efirində deyib.
“Biz hələ ki, nəyin baş verdiyini bilmirik və heç bir qiymətləndirmə etmirik. Dimitri Peskovun (Rusiya prezidentinin mətbuat katibi – red.) Vaşinqtonun bu hücumda əli olduğu barədə şərhini eşitdim. ABŞ-nin Kremlə hücumla heç bir əlaqəsi yoxdur”, - deyə Con Kirbi bildirib.