Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında silahlı münaqişə başlayandan bəri 190 uşaq həlak olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel bildirib.
Onun sözlərinə görə, ölkədə hərbi əməliyyatlar başlayandan 1 700 uşaq müxtəlif xəsarətlər alıb:
“Sudanda vəziyyət ağırdır və uşaqlar bunun əvəzini öz canları ilə ödəyirlər. Uşaqlar üçün münaqişə dayandırılmalıdır. Tərəflər tibb müəssisələrinə, məktəblərə, su və kanalizasiya obyektlərinə və digər infrastrukturlara hücumları dayandırmalıdırlar”.
UNICEF-in Sudandakı təsisatlarının zədələndiyini və resurslarının talan edildiyini qeyd edən Rassel, bu vəziyyətin yardım səylərinə ciddi mənfi təsir göstərdiyini qeyd edib.
“UNICEF həmçinin Sudanda uşaqların sülh içində böyüməsi və gələcəyə ümidlə baxması üçün böhranın uzunmüddətli siyasi həllinə çağırır”.