"Vaqner"in rəhbəri: "Mayın 10-da Baxmutdan çıxacağıq"

A- A A+

“Vaqner” muzdlu hərbi təşkilatı mayın 10-da Donetsk vilayətinin Baxmut şəhərindən çıxacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Yevgeni Priqojin deyib.

O, bu barədə müvafiq qərar qəbul olunduğunu və buna səbəb kimi silah-sursat çatışmazlığını göstərib.

Qeyd edək ki, Y.Priqojin daha əvvəl Rusiya Müdafiə Nazirliyini tənqid etmişdi. Müdafiə Nazirliyi ilə “Vaqner” arasında müəyyən fikir ayrılığının olduğu bildirilir.

Xatırladaq ki, Baxmutda 7 aydan çoxdur gərgin döyüşlər gedir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: