“Terror təşkilatları daha Van əhalisinin təhlükəsizliyinə və rahatlığına təhdid olmayacaq".
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda çıxışı zamanı deyib.
O, Vanın artıq terrorçulardan təmizləndiyini söyləyib: “Terrorçuların başını nəinki daxildə, həm də sərhədlərimizin xaricində əzirik. Dövlətinizə və bizə güvənin. Artıq dünya Vana qibtə edir. Əlbəttə, bu, öz-özünə olmadı”.