​​​​​​​Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsi rüşvət alarkən tutulub

A- A A+

Ermənistan Müdafiə Nazirliyinin vəzifəli şəxsi rüşvət alarkən tutulub.

NUHÇIXAN İnformasiya Agentliyi “Aysor”a istinadən xəbər verir ki, ölkənin Korrupsiyaya qarşı Mübarizə Komitəsi vətəndaşın müraciəti əsasında əməliyyat keçirib.

Məlumata görə, Ermənistan vətəndaşı pasport almaq üçün Silahlı Qüvvələrdə qeydiyyata düşmək istəyib. Bunun üçün ondan 150000 dram (700 manat) rüşvət istəyiblər. Nazirliyin vəzifəli şəxsi həmin vətəndaşdan göstərilən məbləği alarkən tutulub.

Komitə vətəndaşın və nazirliyin əməkdaşının adını açıqlamayıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: