Yaponiyanın İsikava prefekturasında mayın 5-də baş vermiş zəlzələdə xəsarət alanların sayı 27 nəfərə çatıb
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Kyodo” məlumat yayıb.
Qeyd olunub ki, həlak olanların hamısı yeraltı təkanların ən çox hiss olunduğu və bir neçə yaşayış binasının dağıldığı Sudzu kəndinin sakinləridir. Əksəriyyəti orta dərəcəli bədən xəsarətləri alıb, lakin iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bu günə qədər bir nəfərin öldüyü məlumdur. Belə ki, zəlzələ zamanı bir kişi pilləkənlərdən yıxılıb.
Xatırladaq ki, ötən gün Yaponiyada 6,5 maqnitudalı zəlzələ olub. Zəlzələnin episentri 12 km dərinlikdə olub.