“Taliban” hökumətinin xarici işlər nazirinin səfəri zamanı Kabil hava limanı raket atəşinə məruz qalıb

A- A A+

“Taliban” hökumətinin xarici işlər naziri Əmir Xan Müttəki Pakistana yola düşərkən Kabil hava limanı raket atəşinə tutulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Əfqanıstanın “Haşt-e Subh” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, hava limanının ən azı üç əməkdaşı və bir neçə şəxs yaralanıb. Nazirin özü isə xəsarət almayıb. Ümumilikdə, naməlum şəxslər tərəfindən hava limanının VIP zalına və sərnişin terminalına 3 raket atılıb.

Əfqanıstan milli televiziyasının məlumatına görə, Müttəki İslamabada gəlib və burada Pakistan və Çinin xarici işlər nazirləri ilə ticarət-iqtisadi əməkdaşlıq, eləcə də regional təhlükəsizlik sahəsində görüşlər keçirəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: