ABŞ və Polşa qarşılıqlı müdafiə alqı-satqısına dair razılaşmanı uzadıblar

A- A A+

Birləşmiş Ştatlar və Polşa qarşılıqlı müdafiə satınalmaları müqaviləsini uzatmaq qərarına gəliblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə cümə günü iki ölkənin müdafiə nazirləri Lloyd Ostin və Mariuş Blaşçak məlumat veriblər.

Polşalı nazir bildirib ki, Varşava Vaşinqtondan xüsusilə beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələri, HIMARS reaktiv yaylım atəş sistemləri, “Patriot” hava hücumundan müdafiə sistemləri və “Abrams” tankları kimi hərbi texnika almaq niyyətindədir. “İnanıram ki, bu satınalmalar həm də Polşa silahlı qüvvələrinin istifadə etdiyi Amerika istehsalı olan texnikanın effektiv saxlanılmasını təmin etmək məqsədilə hərbi sənayelərimiz arasında daha intensiv əməkdaşlığa yol açacaq. Əməkdaşlığımızın bu aspektini dəstəkləməkdən məmnunam. Biz bu gün müdafiə sahəsində qarşılıqlı satınalma müqaviləsi imzalayacağıq”, - Blaşçak vurğulayıb.

Ostinin sözlərinə görə, ABŞ və Polşa arasında münasibətlər möhkəmlənir. "Biz Polşanın ümumi təhlükəsizliyimiz naminə etdiyi hər şeyi yüksək qiymətləndiririk", - Pentaqon rəhbəri bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: