Yakutiyanın iki yaşayış məntəqəsində daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib

A- A A+

Yakutiyada aktiv qar əriməsi və kiçik çaylarda suyun səviyyəsinin qalxması ilə əlaqədar iki yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə bazar günü Qornı rayon administrasiyasının teleqram kanalında məlumat verilib.

“Atamayski və Odununski ərazisində fövqəladə vəziyyət tətbiq edilib. Atamay qəsəbəsində 7 həyətyanı sahədə su qalxıb, bir evin qazı kəsilib. Səkkiz sakin müvəqqəti yaşayış məntəqəsində yerləşdirilib. Odununskidə 13 həyətyanı ərazini su basıb. Su basmış qalan evlərin sakinləri qohumlarının yanına yerləşdirilib”, - deyə məlumatda bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: